Tovuzda maşın aşdı - Ölən və xəsarət alanlar var

Tovuz rayonunda bir nəfərin ölümü, dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Avtosfer.az xəbər verir ki, Tovuz rayon Polis Şöbəsinə rayon ərazisində "QAZ 24" markalı avtomobilin idarəetməni itirərək aşması, 5 nəfərin xəsarət alması barədə məlumat daxil olub.
İlkin araşdırmalar nəticəsində Ağstafa rayon sakini, 1967-ci il təvəllüdlü Asim Hacımuradovun idarə etdiyi avtomobilin aşması nəticəsində 1966-cı il təvəllüdlü, Tovuz rayon Əlibəyli kənd sakini Ramiz Aslanov, 1957-ci il təvəllüdlü Tovuz rayon Aşağı Öysüzlü kənd sakini Göyçək Əliyeva, 1983-cü il təvəllüdlü Tovuz rayon Aşağı Öysüzlü kənd sakini Ramil Alıyev, 1997-ci il təvəllüdlü Tovuz rayon Dondar Quşçu kənd sakini Asəf Orucov və 2001-ci il təvəllüdlü Tovuz rayon Dondar Quşçu kənd sakini Hümmət Əliyevin müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilməsi və Hümmət Əliyevin ölməsi məlum olub.
Faktla bağlı araşdırma aparılır.
Kənar dairəvi yoldakı qəzanın anbaan görüntüləri - VİDEO
Bakıda motosikletin yolunu kəsən sürücü qəza törətdi - ANBAAN VİDEO
Hərbçimiz faciəvi şəkildə HƏYATINI İTİRDİ - VİDEO
Sabirabadda ağır qəza: ÖLƏN VAR - YENİLƏNİB
Sumqayıtda ağır QƏZA: Piyada hadisə yerində ÖLDÜ
"Formula-2"də qəza: Mari Boya yarışı vaxtından əvvəl dayandırdı - FOTO
Dəhşətli qəza baş verdi: Hərbçi həlak oldu
Sükan arxasında yuxulayan sürücü qəza törətdi - VİDEO
Binəqədidə qəza: “Mercedes”lə toqquşan “Changan” aşdı - VİDEO
Cəlilabadda qəza: İki “VAZ” bir-birinə çırpıldı - VİDEO
Naxçıvanda FACİƏ: Ər-arvad xəsarət aldı, körpələri ÖLDÜ - FOTO











