Tovuzda maşın divara çırpıldı - Xəsarət alanlar var - YENİLƏNİB

Tovuz rayonunun Dondar Quşçu kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Tovuz rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan üç nəfər (bir qadın, iki kişi) aprelin 29-da saat 02:30-da Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Sifətin və alının çoxsaylı sıyrılmış yaraları diaqnozları təyin olunan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda vurğulanıb./oxu.az
***10:23
Qəzada xəsarət alan şəxslərin kimliyi müəyyənləşib.
Bunlar Şəmkir sakini 1976-cı il təvəllüdlü Vəliyeva Aynurə Adil qızı, Şuşa sakini 1983-cü il təvəllüdlü Mustafayev Tural Əli oğlu və Tovuz sakini 1998-ci il təvəllüdlü Nəzərov Elşən Nüsrət oğludur.
Yaralıların vəziyyətinin orta-ağır olduğu bildirilib.
***09:24
Tovuz rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Avtosfer.az xəbər verir ki, hadisə rayonun Dondar Quşçu kəndində qeydə alınıb.
Belə ki, sürücü Tural Mustafayevin idarə etdiyi "Mercedes" markalı avtomobil kəndin girişindəki divara çırpılıb.
Hadisə nəticəsində 43 yaşlı Tural Mustafayev, 28 yaşlı Elşən Nəzərov və 50 yaşlı Aynurə Vəliyeva müxtəlif bədən xəsarətləri alıblar.
Onlar təcili tibbi yardım avtomobili vasitəsi ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Astarada "Niva" 70 metrlik dərəyə düşdü; sürücü ÖLDÜ - VİDEO
“Lada” və avtobus qəza törətdi - Sürücü belə xilas edildi - VİDEO
Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO
Xırdalan dairəsi yaxınlığında “BMW” və “QAZ” toqquşdu - VİDEO
Ağ Şəhərdə qəza: “Mercedes” və “BYD” toqquşdu - VİDEO
Sürücülük hüququ olmayan gənc qəzaya düşdü; 17 yaşlı sərnişin ÖLDÜ - VİDEO
Astarada “Niva” aşdı; sürücü ÖLDÜ - FOTO
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO
Önündəki avtomobilin xəbərdarlığı son anda qəzanın qarşısını aldı - VİDEO
Yağışlı havada qəza törədənlərin görüntüləri yayıldı - VİDEO












