Toy karvanında qəza baş verdi: 8 yaralı
Qəzalar
12 May 2019 08:11
Oxunub 1422

Faktla bağlı istintaq gedir
Gürcüstanın Xaşuri-Borjomi yolunda toy karvanında olan iki avtomobil bir-biri ilə toqquşub. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, avtoqəza nəticəsində 8 nəfər xəsarət alıb. Yaralıların 6-sı Xaşuri Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların əksəriyyəti 18 yaşa qədər olan şəxslərdir. Faktla bağlı istintaq gedir.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













