Toya gedən ailə qəzaya düşdü: 2 qardaş öldü, 3 yaralı -Özəl VİDEO

Bu gün Bakı Quba yolunun 45-ci kilometrliyində baş verən ağır qəzanın təfərrüatları məlum olub. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, 99 EA 934 dövlət nömrə nişanlı, "Hyundai" markalı avtomobil yolun kənarında dayanmış "Kamaz" markalı yük maşınına dəyib. Nəticədə avtomobildə olan 2 qardaş həlak olub, 3 nəfər isə yaralanıb. Avtosfer.az-ın apardığı araşdırma nəticəsində məlum olub ki, Qubaya toya gedən 3 qardaş və onların yaxın qohumları "Hyundai" markalı avtomobili kirayə götürüblər. Yolda ötmə əməliyyatı aparan sürücü "Qaz 31" markalı maşını ötməyə çalışarkən öz zolağına tez qayıdıb və "Hyundai" ın arxa hissəsi "Qaz 31"ə deyərək idarəetməni itirib. Sürücü avtomobili toplaya bilməyib və yolun kənarında nasazlıq səbəbindən dayanmış "Kamaz" markalı yük maşınına çırpılıb. Nəticədə sükan arxasında olan sürücü Zəkiyev Mikayıl Məzahir oğlu və hadisə yerində keçinib. Onun iki qardaşı və digər iki qohumu isə ağır xəsarətlə Sumqayıt şəhər Xəstəxanasına çatdırıb. Orada həkimlərin səyinə baxmayaraq sərnişin qismində ön hissədə əyləşən sürücünün digər qardaşı da dünyasını dəyişib. Daha 3 nəfər isə hazırda xəstəxanada müalicə alır. Onlardan birinin vəziyyəti ağır, birinin kafı, üçüncüsü isə qismən yaxşıdır. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Orxan
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO - YENİLƏNİB
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO
Bakıda avtobus qəzasında xəsarət alan sürücü öldü - VİDEO
Saatlıda AĞIR QƏZA: Beş yaşlı uşaq ÖLDÜ
Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO
Yasamalda avtobusla taksi toqquşdu – Yolda hərəkət çətinləşdi - VİDEO












