Toya gedən ailə Sarıhacılıda qəzaya düşdü: 5 yaralı - FOTO

Türkiyənin Yozqat vilayətində minik avtomobilinin qəzaya uğraması nəticəsində 5 nəfər xəsarət alıb. Avtosfer.az yerli məlumata görə, insident iyunun 28-i səhər saatlarında Sarıhacılı rayonunda qeydə alınıb.
Məlumata görə, İrfan Yücelin idarə etdiyi 34 DA 0690 dövlət qeydiyyat nişanlı minik avtomobili idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb. Qəzanın gücündən maşın aşıb.
Nəticədə avtomobilin içində olan İrfan Yücel, həyat yoldaşı və 3 uşaq yaralanıb.
Hadisə yerinə səhiyyə, yanğınsöndürmə və polis əməkdaşları cəlb olunub.
Yaralılar təcili tibbi yardım maşınları ilə ərazidə yerləşən xəstəxanaya yerləşdiriliblər.
Qəzada yüngül yaralanan sürücü Yücel polis əməkdaşlarına, onu bir maşının keçdiyini və ona vurmamaq üçün idarəetməni itirərək dirəyə vurduğunu bildirib.
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
Qeyd edilir ki, ailə İstanbuldan Yozqatın Saraykənd rayonuna yaxınlarının toy mərasimində iştirak etmək üçün gedirlərmiş.
Namiq





Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO
Yasamalda avtobusla taksi toqquşdu – Yolda hərəkət çətinləşdi - VİDEO
“Lada” və avtobus qəza törətdi - Sürücü belə xilas edildi - VİDEO
Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO
Xırdalan dairəsi yaxınlığında “BMW” və “QAZ” toqquşdu - VİDEO
Ağ Şəhərdə qəza: “Mercedes” və “BYD” toqquşdu - VİDEO
Sürücülük hüququ olmayan gənc qəzaya düşdü; 17 yaşlı sərnişin ÖLDÜ - VİDEO
Astarada “Niva” aşdı; sürücü ÖLDÜ - FOTO
Motosikletçi qəzada öldü, hadisə yerindən qaçan azərbaycanlı sürücü TUTULDU
Beyləqanda iki “VAZ” toqquşaraq yararsız hala düşdü - VİDEO











