Tunelin çıxışında zəncirvari qəza: Üç avtomobil bir-birinə çırpıldı - VİDEO
Qəzalar
13 Avqust 2026 11:30

Paytaxtın Sabunçu rayonu ərazisində, Böyükşor bulvarının yaxınlığında zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza avqustun 13-də saat 10:30 radələrində tunelin çıxış hissəsində qeydə alınıb. Hərəkətdə olan iki “Toyota Prius” və bir “Chevrolet Cobalt” markalı avtomobilin toqquşması nəticəsində zəncirvari qəza baş verib.
İlkin məlumata əsasən, hadisəyə səbəb sürücülərdən birinin ara məsafəsini düzgün saxlamaması olub. Qəza nəticəsində hər üç avtomobilə maddi ziyan dəyib, xəsarət alan olmayıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Qeyd edək ki, Böyükşor bulvarının yaxınlığındakı tunelin çıxış hissəsində yol qəzaları vaxtaşırı baş verir.
Faktla bağlı araşdırma aparılır.
Nərmin
Oxunub : 1160
DİGƏR XƏBƏRLƏR
12 Noyabr 2026 15:18
Qəzalarda ölənlərin 32 faizi kəmər taxmayıb - FOTO
12 Noyabr 2026 12:36
Biləcəri dairəsində “Renault” avtobusla toqquşdu - VİDEO
12 Noyabr 2026 12:11
Bakı-Qazax yolunda AĞIR QƏZA: Ölən var
12 Noyabr 2026 11:33
Şəmkirdəki qəzada ölənlər sinif yoldaşı imişlər... - FOTOLAR - YENİLƏNİB
12 Noyabr 2026 11:11
Körpüdən aşan avtomobilin sürücüsünün vəziyyəti AÇIQLANDI - FOTO - VİDEO
12 Noyabr 2026 09:48
Sərxoş sürücü sürətə nəzarəti itirdi; 2 ölü, 1 yaralı - VİDEO
11 Noyabr 2026 22:33
Gəncədə avtobus qəzaya düşdü
11 Noyabr 2026 17:30
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
11 Noyabr 2026 15:30
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
11 Noyabr 2026 14:18
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
11 Noyabr 2026 13:06
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
11 Noyabr 2026 10:36
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO
ŞƏRH YAZ












