Türkiyədə dəhşətli qəza: Azərbaycanlı gənc qız dəhşətli şəkildə can verdi - FOTO

Sentyabrın 27-si axşam saatlarında Türkiyənin Antalya vilayətinin Manavqat rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Manavqat-Alaniya magistral yolunda hərəkətdə olan TIR idarəetməni itirərək işıqforda dayanan minik avtomobilinə çırpılıb və aşaraq yol kənarındakı dayanacağa devrilib.
Avtosfer.az xəbər verir ki, hadisə nəticəsində işlədikləri otelin qarşısındakı yaşayış binasına keçmək üçün dayanacaqda gözləyən otel animatorları — 23 yaşlı Azərbaycan vətəndaşı Alyona Dovqalyova və onun rəfiqəsi, 20 yaşlı Rusiya vətəndaşı Arina Dautova fəlakətli şəkildə aşan nəqliyyat vasitəsinin altında qalaraq həyatlarını itiriblər.
Xilasedicilərin və xüsusi texnikanın köməyi ilə TIR qaldırıldıqdan sonra hər iki gənc qadının nəşi çıxarılaraq Antalya Məhkəmə Tibbi Ekspertizası Qurumuna təhvil verilib. Məlumata görə, həlak olan A.Dautovanın cəsədi yaxınları və bacısı tərəfindən göz yaşları içində təhvil alınaraq dəfn olunmaq üçün aparılıb. Qəza ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. (32gun.az)

Gəncədə avtobus qəzaya düşdü
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO
Bakıda zəncirvari QƏZA: Üç avtomobil yararsız hala düşdü - FOTO - VİDEO
Bakıda dəhşətli QƏZA: Oğlan öldü , sevgilisi ağır yaralandı
Qubada ağır qəzada ölən gəncin FOTOSU - YENİLƏNİB
Hamilə qadın qəzada öldü; maşını yandırdılar
İmişlidə "KIA" yük maşınına çırpıldı: ÖLƏNLƏR VAR - FOTO - YENİLƏNİB












