Türkiyədə sərnişin avtobusu aşdı - 41 yaralı

Türkiyənin Kırıkkale vilayətində sərnişin avtobusunun aşması nəticəsində 41 nəfər xəsarət alıb.
Avtosfer.az-ın TRT-yə istinadən xəbərinə görə, qəza Tekirdağdan Kayseriyə hərəkət edən sərnişin avtobusunun Kaman-Ankara avtomobil yolunda, Karakeçili Dövlət Xəstəxanası yaxınlığında idarəetmədən çıxaraq aşması nəticəsində baş verib.
Hadisə yerinə AFAD, yanğınsöndürmə, təcili tibbi yardım, polis və jandarma əməkdaşları cəlb olunub.
Qəza zamanı 38 sərnişin, 2 sürücü və 1 bələdçi olmaqla ümumilikdə 41 nəfər yaralanıb. Yaralılar təcili yardım briqadaları tərəfindən ətrafdakı xəstəxanalara çatdırılıb. Onlardan 3-nün vəziyyətinin ağır olduğu bildirilir.
Qəzadan sonra avtobusun sürücüsü saxlanılıb. Hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.
İdarəetmədən çıxan “Opel” yük maşını ilə toqquşdu - ANBAAN VİDEO
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO
Qəzalarda ölənlərin 32 faizi kəmər taxmayıb - FOTO
Biləcəri dairəsində “Renault” avtobusla toqquşdu - VİDEO
Bakı-Qazax yolunda AĞIR QƏZA: Ölən var
Şəmkirdəki qəzada ölənlər sinif yoldaşı imişlər... - FOTOLAR - YENİLƏNİB
Körpüdən aşan avtomobilin sürücüsünün vəziyyəti AÇIQLANDI - FOTO - VİDEO
Sərxoş sürücü sürətə nəzarəti itirdi; 2 ölü, 1 yaralı - VİDEO
Gəncədə avtobus qəzaya düşdü
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO












