Türkiyənin "C-130" təyyarəsinin qəzaya uğramasından bir il keçir

Bu gün Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C-130" hərbi nəqliyyat təyyarəsinin Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğramasından bir il ötür.
Avtosfer.az xatırladır ki, 2025-ci il noyabrın 11-də Azərbaycandan Türkiyəyə uçan təyyarə Gürcüstan ərazisində, Azərbaycan sərhədindən 5 kilometr məsafədə qəzaya uğrayıb.
Türkiyənin Milli Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin hadisə ilə bağlı ilkin hesabatını cari il aprelin 9-da açıqlayıb. Hesabatda bildirilib ki, təyyarənin qalıqlarından götürülən nümunələrin təhlillərində nə daxili, nə də xarici hissədə partlayıcı maddə qalığı aşkarlanmayıb.
"Qəza anına qədər rəqəmsal məlumat qeydləri göstərir ki, uçuş heyətinin söhbətlərində və təyyarənin sistemlərində hər şey normal qaydada olub, hər hansı nasazlıq aşkar edilməyib. Hadisənin qəfil baş verdiyi, quyruq konusunun gövdədən ayrılması səbəbindən Uçuş Məlumatları Qeydedicisinin (FDR) elektrik və məlumat kabelləri qopub, buna görə də qeyd cihazında qəzaya işıq sala biləcək əlavə məlumatlar tapılmayıb", - deyə nazirliyin hesabatında qeyd olunub.
Qeyd edək ki, qəza nəticəsində 20 hərbçi şəhid olub.
Şəhid olan hərbçilərin adları:
1. Gökhan Korkmaz - pilot;
2. Serdar Uslu - Hava Qüvvələri zabiti;
3. Nihat İlgen - Hava Qüvvələri zabiti;
4. Cüneyt Kandemir - Hava Qüvvələri zabiti;
5. Emre Mercan - Təyyarə Təmiri baş leytenantı;
6. Nuri Özcan - Təyyarə Texniki baş çavuşu;
7. Ümit İnce - Hava Qüvvələri zabiti;
8. Burak Özkan - Hava Qüvvələri zabiti;
9. Emrah Kuran - Hava Qüvvələri zabiti;
10. Hamdi Armağan Kaplan - Hava Qüvvələri zabiti;
11. Akın Karakuş - Hava Qüvvələri zabiti;
12. İlker Aykut - Hərbi Hava Baş Qərargah rəisi;
13. Ramazan Yağız - Hava Qüvvələri zabiti;
14. Emre Altiok - Hava Qüvvələri zabiti;
15. Burak İbbiği - Hava Qüvvələri zabiti;
16. İlhan Ongan - Təyyarə Təmiri baş çavuşu;
17. Berkay Karaca - Hava Qüvvələri zabiti;
18. Ahmet Yaşar Kuyucu - Hava Qüvvələri zabiti;
19. Cem Dolapcı - Hava Qüvvələri zabiti;
20. Emre Sayın - Hava Qüvvələri zabiti.
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO
Bakıda zəncirvari QƏZA: Üç avtomobil yararsız hala düşdü - FOTO - VİDEO
Bakıda dəhşətli QƏZA: Oğlan öldü , sevgilisi ağır yaralandı
Qubada ağır qəzada ölən gəncin FOTOSU - YENİLƏNİB
Hamilə qadın qəzada öldü; maşını yandırdılar
İmişlidə "KIA" yük maşınına çırpıldı: ÖLƏNLƏR VAR - FOTO - YENİLƏNİB
Mərdəkan şosesində QƏZA: Su maşını "Range Rover"lə toqquşdu - VİDEO
Yağışlı havada daha bir DƏHŞƏTLİ QƏZA - VİDEO
Mərdəkan şossesində AĞIR QƏZA: Sıxlıq yarandı - FOTO
Bakıdan Cəbrayıla gedən avtomobil aşdı: Ziyarətə gedən qadın ÖLDÜ












