Ucarda 2 nəfərin öldüyü və 22 nəfərin yaralandığı yol TƏHLÜKƏ SAÇIR - VİDEO

Fevralın 16-da 14 avtomobilin toqquşması və 2 nəfərin ölümü, 22 nəfərin yaralanması ilə nəticələnən zəncirvari qəzanın baş verdiyi Bakı-Qazax yolunun Ucarın Qulabənd kəndindən keçən hissəsində sürücülər çətin anlar yaşayırlar.
Avtosfer.az Baku TV-yə istinadən məlumat verir ki, sözügedən yolda hazırda işıqlandırma yoxdur. Bu da öz növbəsində həmin ərazidə qəza şəraitini artırır.
"Dumanlı havada yolu görmək mümkün deyil. Uzaqvuran işıqlandırıcıdan isə qarşıdan gələn sürücünün gözünə düşür deyə istifadə etmək olmur. İşıqlandırmanın olmaması piyada ölümlərinə səbəb olur", - deyə sürücülər narazılıqlarını dilə gətiriblər.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, hazırda sözügedən ərazidə işıqlandırma sisteminin quraşdırılması ilə bağlı hər hansı bir layihə mövcud deyil.
Ətraflı süjetdə:
Körpüdən aşan avtomobilin sürücüsünün vəziyyəti AÇIQLANDI - FOTO - VİDEO
Şəmkirdəki qəzada ölənlər sinif yoldaşı imişlər... - FOTOLAR
Sərxoş sürücü sürətə nəzarəti itirdi; 2 ölü, 1 yaralı - VİDEO
Gəncədə avtobus qəzaya düşdü
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO
Bakıda zəncirvari QƏZA: Üç avtomobil yararsız hala düşdü - FOTO - VİDEO
Bakıda dəhşətli QƏZA: Oğlan öldü , sevgilisi ağır yaralandı












