Ucarda 27 yaşlı gənci avtomobil vurub
Qəzalar
12 İyun 2019 13:21
Oxunub 1318

Faktla bağlı araşdırma aparılır
Ucar rayonunda 27 yaşlı gənci avtomobil vurub. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə şəhərin Oğuz küçəsində qeydə alınıb. Belə ki, rayonun Qəzyan kənd sakini, 1992-ci il təvəllüdlü Vüsal Əlhüseyn oğlu Rəhimovu yolu qarşı tərəfə keçərkən "VAZ-2107" markalı avtomobil vurub. Yaralı Ucar Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdiriblər. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













