Ucarda iki yük avtomobili toqquşdu: ölən var - FOTO

Fövqəladə Hallar Nazirliyi (FHN) Ucar rayonunda ölümlə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb. Avtosfer.az-ın xəbərinə görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, rayonda "QAZ" və “Ford” markalı iki yük avtomobili toqquşub. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri "Ford" markalı yük avtomobilində olan 1 nəfərin meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Hazırda ölən şəxsin kimliyi dəqiqləşdirilir.
*** 16:34
Ucar rayonunda yol qəzası baş verib. Hadisə Bakı-Qazax avtomobil yolunun 262-ci kilometrliyində, rayonun Qazıqumlaq kəndi ərazisində qeydə alınıb. Belə ki, "QAZ-66" markalı kranla "Ford Transit" markalı yük maşını toqquşub. Nəticədə 1 nəfər ölüb. Hazırda ölən şəxsin kimliyi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.
Fidan
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO
Bakıda avtobus qəzasında xəsarət alan sürücü öldü - VİDEO
Saatlıda AĞIR QƏZA: Beş yaşlı uşaq ÖLDÜ
Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO
Yasamalda avtobusla taksi toqquşdu – Yolda hərəkət çətinləşdi - VİDEO
“Lada” və avtobus qəza törətdi - Sürücü belə xilas edildi - VİDEO
Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO
Xırdalan dairəsi yaxınlığında “BMW” və “QAZ” toqquşdu - VİDEO














