Ucarda maşın aşdı: 2 yaralı
Qəzalar
30 May 2019 20:45
Oxunub 1477

Faktla bağlı araşdırma aparılır
Ucarda xəsarətlə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın ONA-ya istinadən xəbərinə görə, hadisə bu gün Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Alpout kəndindən keçən hissəsində qeydə alınıb. “Mercedes” markalı minik maşın idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə hələ ki şəxsiyyəti müəyyən olunmamış 2 nəfər müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













