Ucarda minik avtomobili aşdı: xəsarət alanlar var - FOTO
Qəzalar
14 İyun 2019 07:11
Oxunub 1046

Fakt araşdırılır
Ucar rayonunda "KİA" markalı, 90-UM-966 dövlət qeydiyyat nişanlı minik avtomobili aşıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Qaradağlı kəndindən keçən hissəsində baş verib. "KİA" markalı avtomobilin sürücüsu (şəxsiyyəti dəqiqləşdirilir -red) Gəncə istqamətində hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yol kənarına aşıb. Hadisə zamanı sürücü və sərnişinlər yüngül xəsarət alıblar. Fakt araşdırılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR

















