Videosu yayılan tibb bacısını maşın vuraraq öldürüb - VİDEO

Bakıda avtomobillə vurulan tibb bacısının bir müddət əvvəl sosial şəbəkələrdə videosu yayılan qadın olduğu müəyyənləşib. Avtosfer.az-ın ONA-ya istinadən xəbərinə görə, bu gün “28 May” metrostansiyası yaxınlığında “Mercedes” markalı maşınla vurulan, 1992-ci il təvəllüdlü Nəzərova Firəngiz Eldar qızının bir müddət əvvəl sosial şəbəkələrdə Təcili Tibbi Yardım Xidmətinə məxsus maşınların musiqi sədası altında başına dövr etdiyi xanım olub.
Qeyd edək ki, həmin görüntülər Bakının Suraxanı rayonu ərazisində 22 saylı Təcili Yardım Stansiyasıın həyətində lentə alınıb.
Həmin görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra, Səhiyyə Nazirliyi tərəfindən araşdırma aparılıb. Araşdırmaların nəticəsi olaraq təcili yardım avtomobillərinin sürücüləri və videodakı tibb bacısı işdən çıxarılıblar.
İşdən çıxarılan F. Nəzərova bu yaxınlarda özəl klinikaların birində işə düzəlibmiş.
*** Saat 13:05
Paytaxtın Nəsimi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “28 May” metrostansiyası yaxınlığında “Mercedes” markalı taksi yolu keçmək istəyən, 1992-ci il təvəllüdlü Nəzərova Firəngiz Eldar qızını vurub. Yaralı sürücü tərəfindən dərhal yaxınlıqdakı özəl klinikalardan birinə çatdırılıb. Xəstənin vəziyyəti ağır olduğundan o sonradan 1 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib. F.Nəzərova orada vəfat edib. Qeyd edək ki, F.Nəzərova Bakıdakı özəl klinikalardan birində tibb bacısı olub.
Yevlaxda yük avtomobili elektrik dirəyinə çırpılıb, sürücü xilas edilib - VİDEO
Dairəvi yolda yük maşını aşdı; tıxac yarandı - FOTO
Ucardakı qəzada ölən Elnurla Aqilin FOTOsu
Samuxda AĞIR QƏZA: Ata və oğlu xəsarət aldı
Ucarda yük maşını aşdı: Pomidor və xiyar yola dağıldı - FOTO
Muğanlı-İsmayıllı yolunda iki "Toyota" toqquşdu - VİDEO
Bakı-Qazax yolunda qəza - 1 tona yaxın yanacaq yola töküldü - FOTO
Tovuzdakı qəzada həyatını itirən Fəridin FOTOsu
Macarıstanda avtobus qəzası - 12 ölü, 10-dan çox yaralı
Tovuzda yük avtomobili elektrik dirəyinə çırpıldı, SÜRÜCÜ ÖLDÜ
Bakı-Qazax yolunda iki yük maşını toqquşdu, ölənlər var










