Xaçmazda sərxoş sürücü qəza törətdi - 3 nəfər xəsarət aldı

Ötən gecə Xaçmaz rayonunda ağır yol qəzası baş verib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə rayonun Nərəcan kəndi ərazisində gecə saat 23:00 radələrində qeydə alınıb. Yolda hərəkətdə olan “VAZ-21015” avtomobili əvvəlcə traktor, daha sonra “Shacman” markalı yük maşını ilə toqquşub. Zərbənin gücündən traktor yolun kənarına aşıb. Nəticədə 3 nəfər xəsarət alıb. Qəza zamanı “VAZ-21015” avtomobilinin sürücüsünün sərxoş vəziyyətdə olduğu deyilir.
Hadisədə xəsarət alan 1962-ci il təvəllüdlü Xəlilov Fətulla Sədulla oğlu alt çənə və üz nahiyəsinin açıq yırtığı, 1992-ci il təvəllüdlü Həsənov Yüksəl Soltanəhməd oğlu alt dodağın və döş qəfəsinin əzilməsi və 1959-cu il təvəllüdlü Seyidov Seyidşah Buxsay oğlu alın nahiyəsinin cırılması və döş qəfəsinin əzilməsi diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
İlkin tibbi yardım aldıqdan sonra Y.Həsənov və S.Seyidov ambulator müalicəyə göndəriliblər.
Bakıda əsgərlərimizi daşıyan avtobus AŞDI - VİDEO
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO
Bakıda avtobus qəzasında xəsarət alan sürücü öldü - VİDEO
Saatlıda AĞIR QƏZA: Beş yaşlı uşaq ÖLDÜ
Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO
Yasamalda avtobusla taksi toqquşdu – Yolda hərəkət çətinləşdi - VİDEO
“Lada” və avtobus qəza törətdi - Sürücü belə xilas edildi - VİDEO
Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO












