Xırdalanda zəncirvari QƏZA: Xəsarət alanlar var - YENİLƏNİB

Abşeron rayonu, Xırdalan dairəsi yaxınlığında zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, hadisə bu gün saat 12:50-də qeydə alınıb.
Bildirilib ki, hadisə nəticəsində Fərid Aftandil oğlu Musayevin idarə etdiyi 77-VY-894 dövlət nömrə nişanlı, "Iveco" markalı avtomobil ilə Fərid Mətləb oğlu Primovun idarə etdiyi 77-JG-861 dövlət nömrə nişanlı, "Ford Transit" markalı avtomobil ilə toqquşub. Daha sonra "Ford Transit" markalı avtomobil isə Yusif Elşən oğlu İzzətlinin idarə etdiyi 99-OL-398 dövlət nömrə nişanlı, "Chevrolet Cruze" ilə toqquşub.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır./oxu.az
***13:23
Abşeron rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Xırdalan dairəsi yaxınlığında qeydə alınıb.
İlkin məlumata əsasən, "Chevrolet Cruze", "Ford Transit" və "QAZel" markalı avtomobillər toqquşub.
Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
İdarəetmədən çıxan “Opel” yük maşını ilə toqquşdu - ANBAAN VİDEO
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO
Qəzalarda ölənlərin 32 faizi kəmər taxmayıb - FOTO
Biləcəri dairəsində “Renault” avtobusla toqquşdu - VİDEO
Bakı-Qazax yolunda AĞIR QƏZA: Ölən var
Şəmkirdəki qəzada ölənlər sinif yoldaşı imişlər... - FOTOLAR - YENİLƏNİB
Körpüdən aşan avtomobilin sürücüsünün vəziyyəti AÇIQLANDI - FOTO - VİDEO
Sərxoş sürücü sürətə nəzarəti itirdi; 2 ölü, 1 yaralı - VİDEO
Gəncədə avtobus qəzaya düşdü
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO












