Xızıda avtomobil velosipedçini vuraraq öldürüb

Xızı rayonuda avtomobil velosipedçini vuraraq öldürüb.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, hadisə dekabrın 14-də Bakı-Quba-Dağıstan sərhədi yolunun Xızı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, sürücü, 1973-cü il təvəllüdlü Babayev Səfa Vəzir oğlu idarə etdiyi "Mitsubishi L 200" markalı avtomobillə yolun təmiri bitmiş, lakin istifadəyə verilməmiş hissəsində hərəkətdə olarkən velosipedçi, 1963-cü il təvəllüdlü Əliyev Əlirza Ağarza oğlunu vurub. Nəticədə velosipedçi hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Report
Kənar dairəvi yoldakı qəzanın anbaan görüntüləri - VİDEO
Bakıda motosikletin yolunu kəsən sürücü qəza törətdi - ANBAAN VİDEO
Hərbçimiz faciəvi şəkildə HƏYATINI İTİRDİ - VİDEO
Sabirabadda ağır qəza: ÖLƏN VAR - YENİLƏNİB
Sumqayıtda ağır QƏZA: Piyada hadisə yerində ÖLDÜ
"Formula-2"də qəza: Mari Boya yarışı vaxtından əvvəl dayandırdı - FOTO
Dəhşətli qəza baş verdi: Hərbçi həlak oldu
Sükan arxasında yuxulayan sürücü qəza törətdi - VİDEO
Binəqədidə qəza: “Mercedes”lə toqquşan “Changan” aşdı - VİDEO
Cəlilabadda qəza: İki “VAZ” bir-birinə çırpıldı - VİDEO
Naxçıvanda FACİƏ: Ər-arvad xəsarət aldı, körpələri ÖLDÜ - FOTO











