“Yerə çırpılacağıq, vaxtımız qalmayıb” - Dəhşətli qəzanın səsyazısı - VİDEO

ABŞ-nin Florida ştatında 9 nəfərin ölümü ilə nəticələnən “Learjet 60” markalı özəl biznes təyyarəsinin qəzaya uğraması zamanı səsyazısı üzə çıxıb.
Avtosfer.az xəbər verir ki, pilot qəza anından əvvəl təyyarənin sürətlə düşdüyünü bildirib.
“Dəqiqədə 20 min fut alçalırıq, yerə çırpılacağıq, vaxtımız qalmayıb”, – deyə pilotun səsyazısında qeyd olunur.
Qeyd edək ki, pilot kəskin buzlaşma və şiddətli turbulensiya barədə məlumat verdikdən dərhal sonra idarəetməni itirib və təyyarə yaşayış binasının üzərinə çırpılaraq güclü partlayışa səbəb olub.
Xatırladaq ki, qəza nəticəsində təyyarənin göyərtəsində olan 9 nəfərin hamısı həyatını itirib, hadisə yerində yaranan təhlükəli vəziyyətə görə ərazidən 600-dən çox sakin təxliyə edilib. Texasdan Baham adalarına doğru istiqamət götürən təyyarənin qəzaya uğrama səbəbləri ilə bağlı Mülki Aviasiya Qurumları tərəfindən araşdırmalar davam etdirilir./qafqazinfo
Güzgüyə baxmadan manevr edən sürücü qəzaya səbəb oldu - VİDEO
Bakıda sürücü piyadanı vurmaqdan son anda YAYINDI - VİDEO
Astarada toqquşan maşınlar arxa düşdü, qadın sərnişin yaralandı - VİDEO
Salyanda AĞIR QƏZA: İki nəfər öldü - FOTO - VİDEO
Goranboyda avtomobil piyadanı vuraraq ÖLDÜRÜB
Ağstafada iki məktəbli qızı avtomobil vurdu
Yük maşını divara çırpıldı - Sürücü öldü - FOTO
Sükan arxasında yuxulayan sürücü qəza törətdi - VİDEO
Kürdəmirdə xurma ilə dolu yük maşını aşdı - VİDEO
Şəkidə avtomobil dərəyə aşdı, ölən var
Gəncədə ağır qəza: Beş nəfər xəsarət alıb












