Yevlaxda avtomobil qəzası: xəsarət alanlar var
Qəzalar
22 Mart 2019 19:05
Oxunub 1054
Faktla bağlı araşdırma aparılır
Yevlaxda yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Yevlax şəhər avtovağzalının yaxınlığında qeydə alınıb.
İki minik avtomobillərin toqquşması nəticəsində, sürücülərdən biri, Bərdə rayon sakini, 1999-cu il təvəllüdlü Yuniszadə Qənbər Eldar oğlu və digər avtomobildə olan sərnişin, Kəlbəcər rayonun sakini, 1960-cı il təvəllüdlü Qasımova Məlahət Qəzənfər qızı müxtəlif bədən xəsarətləri alıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR