Yevlaxda mikroavtobus qəzaya düşdü: xəsarət alanlar var
Qəzalar
20 İyun 2019 20:15

Faktla bağlı araşdırma aparılır
Yevlax rayonunda yol qəzası baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Gəncə istiqamətində hərəkətdə olan "Ford" markalı sərnişin mikroavtobusu ilə "VAZ-2107" markalı minik avtomobili toqquşub. Nəticədə minik maşını zərbənin gücündən aşıb və iki nəfər xəsarət alıb. Onlardan biri 1988-ci il təvəllüdlü Lamiyə Hüseynova Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Samux rayon sakini, 1966-cı il təvəllüdlü Məlahət Əliyevaya isə həyəcanlandığından özünü pis hiss etdiyi üçün hadisə yerinə çağırılmış təcili tibbi yardım briqadasının həkimləri tərəfindən yerindəcə ambulator yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.
Oxunub : 1082
DİGƏR XƏBƏRLƏR
13 Sentyabr 2026 09:32
Ər qəza törətdi, arvadı yanaraq öldü - İSMAYILLIDA DƏHŞƏT - VİDEO
12 Sentyabr 2026 10:45
Navahıda “Mercedes Vito” və “Kamaz” toqquşdu: Sərnişin ÖLDÜ - VİDEO
11 Sentyabr 2026 13:06
Hacıqabulda AĞIR QƏZA: ÖLƏN VAR - YENİLƏNİB
10 Sentyabr 2026 19:10
Azərbaycanlı bacı-qardaş Rusiyada ÖLÜB
10 Sentyabr 2026 09:54
"BMW" ağaca çırpıldı; qadın sürücü belə çıxarıldı - VİDEO
9 Sentyabr 2026 12:41
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
9 Sentyabr 2026 10:41
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
8 Sentyabr 2026 14:06
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
8 Sentyabr 2026 13:23
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
8 Sentyabr 2026 13:18
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
8 Sentyabr 2026 11:41
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
7 Sentyabr 2026 19:27
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
ŞƏRH YAZ











