Yevlaxda qəzaya düşən hakim-inspektorun son durumu açıqlanıb

Yevlaxda avtomobil qəzasında xəsarət alan hakim-inspektor Ceyhun Haşımovun son durumu açıqlanıb.
Bu barədə “Report”a onun qardaşı Mübariz Haşımov məlumat verib.
FIFA dərəcəli referinin sözlərinə görə, dekabrın 16-da əməliyyat olunan Ceyhun Haşımov həftəsonu evə buraxılacaq: “Qardaşımın 4-5 gün sonra, təxminən həftəsonu evə buraxılması gözlənilir. Evdə həkimlərin nəzarəti altında müalicəsi davam etdiriləcək”.
M. Haşımov əməliyyatın uğurlu alındığını bildirib: “Süni çanaq qoyuldu. Süni oynaq başının bir hissəsi çanağın özünə, bir hissəsi isə bud sümüyünün içinə yerləşdirildi. Bud sümüyünün içindən çıxan başlıq çanağın içində oynayır. Həmin yer dağılmışdı, budun başlıq sümüyü çanağın oynaq dəliyini deşib qarına keçmişdi. İndi çanağın bud sümüyü ilə əlaqəsi var”.
FIFA dərəcəli hakim əlavə edib ki, həkimlər dünən qardaşını otuzdurmağa cəhd ediblər: “Bu, qismən alınıb. Bunun özü cüzi də olsa, müsbət nəticədir. Bugünlərdə qaldırıb ayaq üstə saxlamağa çalışacaqlar. Yaxın müddətdə iş fəaliyyətini bərpa etməsi nəzərdə tutulmayıb. Yeni çanağa öyrəşmək mərhələsi olacaq. Çünki bədən onu mənimsəməlidir. Xəstədə özünəinam olmalıdır ki, yeriməyə cəhd edə bilsin. Bədənə sonradan yerləşdirilən cihazdır, buna öyrəşmək lazımdır”.
Qeyd edək ki, dekabrın 10-da baş verən hadisə zamanı “Mingəçevir” – “Qaradağ Lökbatan” görüşünə təyinat alan Ceyhun Haşımov, Elmin Süleymanov, Rövşən Rəcəbov, Asif Abdullayev və Rəsul Babayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Həmin qarşılaşmada Rövşən Rəcəbov baş hakim, Elmin Süleymanov və Asif Abdullayev laysmanlar, Rəsul Babayev dördüncü hakim, Ceyhun Haşımov isə hakim-inspektor olub.
Bakıda "BYD" "Prius"la toqquşdu: Biri aşdı, digəri isə... - VİDEO
Dərnəgül yolunda ağır qəza; işıq dirəyi avtomobilə girdi - VİDEO
Bakıda motosiklet avtomobilə çırpıldı, yeniyetmə ağır xəsarət aldı
Ağdamda iki "07" toqquşdu; dörd nəfər xəsarət aldı - FOTOLAR
Yuxusuz sürücülərin törətdiyi qəzaların görüntüləri yayıldı - DYP-dən XƏBƏRDARLIQ - VİDEO
Ağcabədidə iki maşın toqquşdu - Ölən var - FOTO
Əks yola çıxıb ağır qəza törətdi; dəfələrlə havada fırlandı - FOTO - VİDEO
Sabirabadda "07" "Nissan"la toqquşdu - Ölən və xəsarət alanlar var - FOTOLAR
Ara məsafəsi saxlamayan sürücü qəzaya səbəb oldu - VİDEO
Bakıda AĞIR QƏZA: Vətəndaşlar belə xilas edildi - VİDEO
Bakıda dəhşətli QƏZA: Sürücünün ayağı qopdu – VİDEO










