Yük maşını qəzaya səbəb olan avtomobili 100 metr sürüdü – ANBAAN VİDEO
Türkiyənin İzmir şəhərinin Bayraklı rayonunda baş verən dəhşətli yol-nəqliyyat hadisəsi ətrafdakı insanları şoka salıb.
Avtosfer.az xəbər verir ki, günorta saatlarında Ankara küçəsində hərəkətdə olan 35-FH-880 nömrə nişanlı qazıntı maşını (ekskavator) eyni istiqamətdə gedən 34-GCA-141 nömrə nişanlı minik avtomobili ilə toqquşub. Zərbədən sonra ekskavator avtomobili yolun ortasında təxminən 100 metr sürüdükdən sonra dayana bilib.
Hadisə anı yaxınlıqdan keçən vətəndaş tərəfindən mobil telefonla lentə alınıb. Kadrlarda minik avtomobilinin yük maşınının ön hissəsində uzun məsafə boyunca sürükləndiyi açıq şəkildə görünür.
Toqquşmadan sonra minik avtomobilinin salonunda sıxılmış vəziyyətdə qalan qadın sürücünün böyük dəhşət yaşadığı bildirilir. Şahidlərin sözlərinə görə, sürücü bir neçə dəqiqə ərzində özünə gələ bilməyib və hadisə yerində əsəb böhranı keçirib.
Ətrafdakı insanlar dərhal köməyə qaçaraq sürücünü sakitləşdirməyə çalışıblar. Mobil telefonla çəkilən görüntülərdə həm avtomobilin ağır zədələnməsi, həm də hadisənin yaratdığı təşviş açıq şəkildə əks olunub.
Hazırda qəza ilə bağlı araşdırma aparılır.
Eltac Zülfüqaroğlu
İdarəetmədən çıxan “Opel” yük maşını ilə toqquşdu - ANBAAN VİDEO
Bakıda maneəyə çırpılan “VAZ” əzik-əzik oldu - VİDEO
Qəzalarda ölənlərin 32 faizi kəmər taxmayıb - FOTO
Biləcəri dairəsində “Renault” avtobusla toqquşdu - VİDEO
Bakı-Qazax yolunda AĞIR QƏZA: Ölən var
Şəmkirdəki qəzada ölənlər sinif yoldaşı imişlər... - FOTOLAR - YENİLƏNİB
Körpüdən aşan avtomobilin sürücüsünün vəziyyəti AÇIQLANDI - FOTO - VİDEO
Sərxoş sürücü sürətə nəzarəti itirdi; 2 ölü, 1 yaralı - VİDEO
Gəncədə avtobus qəzaya düşdü
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO












