Zaqatalada baş verən yol qəzasında iki nəfər xəsarət alıb

Zaqatalada baş verən yol qəzasında iki nəfər xəsarət alıb. Avtosfer.az-ın ONA-ya istinadən məlumatına görə, hadisə Zaqatala-Qax avtomobil yolunun Zaqatala rayonu ərazisindən keçən hissəsində baş verib. Zəyəm kənd sakini, 1991-ci il təvəllüdlü Emin Musa oğlu Məmmədovun idarə etdiyi “VAZ 21074” markalı minik avtomobili ilə Bakı şəhər sakini Eltac İsgəndərovun idarə etdiyi “Hyundai” markalı minik avtomobili toqquşub. Qəzadan sonra hər iki sürücü Zaqatala rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Tibb müəssisəsindən bildirilib ki, yaralılardan E. Məmmədova qapalı kəllə-beyin travması diaqnozu qoyulub, müalicəsi xəstəxanada davam etdirilir. E.İsgəndərovun xəsarəti yüngül olduğundan ona ilkin yardım göstərildikdən sonra evə buraxılıb. Faktla bağlı araşdırma aparılır.
Yol polisi maşının altında qalan uşağı xəstəxanaya çatdırıb həyatını xilas etdi - VİDEO
Şüvəlanda AĞIR QƏZA: ÖLƏN VAR
Sürücü ötmə qaydasını pozdu; azyaşlı bacısı ÖLDÜ - ANBAAN VİDEO
Bakıda avtobus qəzasında xəsarət alan sürücü öldü - VİDEO
Saatlıda AĞIR QƏZA: Beş yaşlı uşaq ÖLDÜ
Bakı–Qazax yolunda AĞIR QƏZA: 3 nəfər ÖLDÜ - FOTO - VİDEO
Qubada AĞIR QƏZA: ÖLƏN VAR - FOTO
Yasamalda avtobusla taksi toqquşdu – Yolda hərəkət çətinləşdi - VİDEO
“Lada” və avtobus qəza törətdi - Sürücü belə xilas edildi - VİDEO
Rusiyada yerüstü piyada keçidi yük maşınının üzərinə aşdı - ANBAAN VİDEO
Xırdalan dairəsi yaxınlığında “BMW” və “QAZ” toqquşdu - VİDEO












