Zaqatalada mikroavtobus aşdı: 6 yaralı
Qəzalar
13 May 2019 11:22
Oxunub 1047

Yaralılar təcili yardım maşını ilə xəstəxanaya çatdırılıblar
Zaqatalada mikroavtobus aşıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə zamanı 6 nəfər xəsarət alıb. Səhiyyə Nazirliyindən bildirilib ki, yaralılar təcili yardım maşını ilə xəstəxanaya çatdırılıblar: "Xəsarət alanlardan ən ağırı 15 yaşlı qız bud sümüyünün sınığı diaqnozu ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Digərlərinin xəsarətləri ağır olmadığından tez bir zamanda evə buraxılacaqlar".
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













