Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO

Xəbər verdiyimiz kimi, Zərdab rayonunda ailə üzvlərinin yanaraq ölməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, qəzada yanaraq həyatını itirən sürücü Elyar Məhəmmədov Zərdab rayonu Məmmədqasımlı kənd tam orta məktəbin riyaziyyat müəllimidir.
1989-cu il təvəllüdlü Elyar həm də Vətən müharibəsi iştirakçısı olub.
Qeyd edək ki, ötən gecə 77-BF-554 seriyalı "KİA" markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb.
Qəzada minik avtomobilinin sürücüsü 1989-cu il təvəllüdlü Elyar Qalib oğlu Məhəmmədov, 1954-cü il təvəllüdlü Qalib Soltan oğlu Məhəmmədov, 1981-ci il təvəllüdlü Susanna Namizəd qızı Məhəmmədova, 1956-cı il təvəllüdlü Səkinə Sədulla qızı Məhəmmədova və 1979-cu il təvəllüdlü Mehriban Zabit qızı Kərimova yanaraq ölüblər.
1997-ci il təvəllüdlü Reyhan Nəsib qızı Məhəmmədova isə hadisə zamanı xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.

Gəncədə avtobus qəzaya düşdü
Kənar dairəvi yolda “Lada” yük maşınına çırpıldı - VİDEO
Hövsanda qəza: Taksi “Opel”ə çırpıldı - VİDEO
Mikroavtobusun təkəri partladı, avtomobil aşdı: Xəsarət alanlar var - VİDEO
Babək prospektində maşın körpüdən aşdı - FOTO - VİDEO - YENİLƏNİB
Qax sakinini Masazırda maşın vurub öldürdü - FOTO
Bakıda zəncirvari QƏZA: Üç avtomobil yararsız hala düşdü - FOTO - VİDEO
Bakıda dəhşətli QƏZA: Oğlan öldü , sevgilisi ağır yaralandı
Qubada ağır qəzada ölən gəncin FOTOSU - YENİLƏNİB
Hamilə qadın qəzada öldü; maşını yandırdılar
İmişlidə "KIA" yük maşınına çırpıldı: ÖLƏNLƏR VAR - FOTO - YENİLƏNİB












