Bu il Naxçıvanda 54 kilometrdən çox avtomobil yolu əsaslı təmir olundu - FOTO

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar hazırda Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən avtomobil yollarında əsaslı təmir işləri aparılır. Belə ki, uzunluğu 7,8 kilometr olan Şərur rayon Axaməd kənddaxili, uzunluğu 8,5 kilometr olan Ordubad rayon Kələntərdizə və Qoşadizə kənddaxili, 11,7 kilometr olan Ordubad rayon Anabad və Gənzə kənddaxili avtomobil yollarında işlər icra edilməkdədir.
Avtosfer.az xəbər verir ki, bu barədə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, bu işlərin tərkibinə köhnə yol yatağının qazılaraq kənarlaşdırılması, yeni yol yatağının tikilməsi, su keçidlərinə müxtəlif diametrli boruların quraşdırılması, yol kənarlarına beton kanalların çəkilməsi, asfalt-beton örtüyün döşənməsi və son tamamlama işlərinin aparılması daxildir. İşlərin bu ilin sonuna kimi yekunlaşdırılması nəzərdə tutulur.
Qeyd olunub ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq 2025-ci ilin 9 ayında 81,65 kilometr təmiri nəzərdə tutulan avtomobil yollarından 54,75 kilometri və ya 67 faizi əsaslı təmir olunaraq əhalinin istifadəsinə verilib. Ümumilikdə 2025-ci ildə Naxçıvan şəhərinin Babək məhəlləsi, Hacıniyyət kəndi, 6-cı məhəllə, Qaraçuq kəndi, Xətai məhəlləsi, S.Vurğun-N.Naxçıvani, M.H.Şəhriyar-H.Rəhmanov-58-61-ci məhəllə, Culfa rayon Yaycı kənd daxili, Babək rayon Nehrəm qəsəbədaxili, Şərur rayon Muğancıq Müslüm və Cəlilkənd-Düdəngə, Ordubad, Şahbuz, Babək və Culfa rayonlarının bəzi şəhər və kənddaxili avtomobil yollarında əsaslı təmir işlərinin aparılması nəzərdə tutulub.
“Görülən işlər Naxçıvan Muxtar Respublikasında yol infrastrukturunun müasir tələblər səviyyəsində qurulmasına, əhalinin həyat keyfiyyətinin yüksəldilməsinə və regionun sosial-iqtisadi inkişafının təmin olunmasına yönəlib”, - deyə agentliyin mətbuat xidmətindən bildirilib.
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza















