Banner

İlham Əliyev Fərman İMZALADI: Hərbçilərlə bağlı bu qayda DƏYİŞDİ

Sosial 23 Noyabr 2026 14:30
İlham Əliyev Fərman İMZALADI:  Hərbçilərlə bağlı bu qayda DƏYİŞDİ
WhatsApp kanalımıza abunə olun

Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatında olan vətəndaşlara və ehtiyatda olan zabitlərə münasibətdə penitensiar xidmət üçün nəzərdə tutulmuş xüsusi rütbələrin verilməsi qaydaları tibb xidmətinə də şamil ediləcək.
Avtosfer.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" qanuna edilmiş dəyişikliyi imzalayıb.

Sənədə əsasən, dəyişiklik nəticəsində tibb xidmətində vəzifəyə təyin olunan ehtiyatda olan hərbi qulluqçulara xüsusi rütbələrin verilməsi məsələləri vahid hüquqi yanaşma əsasında tənzimlənəcək.

Belə ki, tibb xidməti işçilərinin tərkibinə hərbi qulluqçular daxil edilir, onların xidmət keçdikləri qurumlar müəyyənləşdirilir. Bununla da tibb xidmətində hərbi qulluqçuların hüquqi statusu və fəaliyyətinin hüquqi əsasları daha aydın şəkildə müəyyən olunur.

Oxunub : 130
ŞƏRH YAZ
Ad

E-mail

Şərh