Kürdə kritik vəziyyət müşahidə edilir

Dənizə tökülən çayların ekosistemləri də iqlim dəyişmələrinin təsiri ilə diferensial pozulmalara məruz qalıb. Ən kritik vəziyyət isə hazırda Kür çayında müşahidə olunur.
Avtosfer.az xəbər verir ki, bu, Coğrafiya İnstitutunun Xəzər dənizində su səviyyəsini və sahilboyu ərazilərdə landşaft-ekoloji şəraitdə baş verən dəyişiklikləri tədqiq etmək məqsədilə apardığı ekspedisiya zamanı məlum olub.
Təhlillərə görə, sahilboyu ərazilərin geomorfoloji quruluşundan asılı olaraq, dəniz səviyyəsinin aşağı düşməsi nəticəsində sahil xəttinin geri çəkilməsi müxtəlif intensivlikdə baş verir. Astara şəhərindən Göyşaban məntəqəsinə qədər sahillərin geri çəkilməsi daha zəif olmuş və 40–50 metrdən 200–300 metrə qədər dəyişib.
Qeyd edilib ki, ən güclü sahil geriləməsi Qızılağac körfəzi rayonunda müşahidə edilib. Burada sahillər ildə orta hesabla 250–300 metr geri çəkilib və geniş ərazilərdə ekosistemlər kontinental rejimə keçib. Bu ərazilərdə dəniz sahilindən qurunun içərilərinə doğru ətli-şorangəli və şoranotlu yarımsəhralar tədricən lığvərli və yulğunlu ekosistemlərlə əvəz olunmağa başlayıb.
Sara adası şərqə doğru 2,5 km genişlənmiş, Bala Qızılağac körfəzinin isə səthinin yarıdan çoxu yosunlarla örtülmüş, nəticədə suyun keyfiyyəti dəniz canlılarının inkişafı üçün yararsız hala düşüb və akval ekosistem pozulub. Neftçala–Ələt sahillərində isə ən kəskin landşaft-ekoloji dəyişikliklər Qoltuq körfəzində müşahidə olunub və dəniz burada 1,5–2 km geri çəkilib.
Məlum olub ki, dənizin geri çəkilməsi nəticəsində kontinental rejimə keçmiş ekosistemlərin dinamikasında müşahidə olunan meyillərin cənubdan şimala və sahilə paralel olaraq quruya doğru dəyişməsi qanunauyğun xarakter daşıyır.
Prezidentdən pensiyalarla bağlı ŞAD XƏBƏR
Türk xalqı Azərbaycanın milli maraqlarını nəzərə almalıdır – ŞƏRH
Aqrar məhsulların ixracı artarsa, ölkədə qiymətlər yüksələ bilər – İQTİSADÇI
“Azpertrol” əməkdaşı maşına dizel yerinə benzin vurdu – ŞİKAYƏT
Avtobusa minənlərin diqqətinə...
Bu marşrut avtobusları “Şamaxinka”da saxlamayacaq
Sumqayıtda mənzillər BAHALAŞDI - VİDEO
Sərnişinlərin NƏZƏRİNƏ: Bu marşrut avtobuslarının yolu DƏYİŞDİRİLDİ - YENİLƏNİB
İşsizlik sığortasının hesablanma qaydası necədir? - AÇIQLAMA
Uşağınızın telefonu varsa bu qaydanı bilməlisiniz - XƏBƏRDARLIQ
Metro ilə bağlı SON DƏQİQƏ MƏLUMATI: Sabahdan... - RƏSMİ











