“Nə qanundan, nə də narazılıqdan çəkinirlər” - Xəzər sahilində daha bir hasarlama - VİDEO

Yay mövsümünün gəlişi ilə dənizkənarı ərazilərin hasarlanması və sahil zonalarına girişin məhdudlaşdırılması məsələsi yenidən gündəmə gəlib. Avtosfer.az xəbər verir ki, növbəti belə hasarlama işi avtomobil yolundan Xəzərə gedən yolda görülüb. Belə ki, sonu dənizə çıxmalı olan yol böyük bir villa ilə məhdudlaşdırılıb. Çimmək istəyən sakinlər ya, hündürlüyü təxminən 2 metrdən çox olan olan divarı aşmalı, ya da həmin villanın həyətindən keçməlidir. Mövzu ilə bağlı açıqlama verən millət vəkili Elşad Musayev dəniz sahillərinin qanunsuz şəkildə hasarlanmasını qəbuledilməz adlandırıb.
Deputat bildirib ki, dəniz və sahil əraziləri bütün vətəndaşların istifadəsi üçün nəzərdə tutulub: “Bəzi vəzifəli şəxslər və iş adamları fürsətdən istifadə edərək sahil ərazilərini qanunsuz şəkildə hasarlayırlar. Onlar nə qanunlardan, nə də ictimai narazılıqdan çəkinirlər”.
Elşad Musayevin sözlərinə görə, müvafiq dövlət qurumları və səlahiyyətli şəxslər bu kimi qanunsuz halların qarşısını almalıdır.
Daha ətraflı “Baku TV”nin süjetində:
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza
Bu qanunu pozanlar 40 min cərimə ediləcək - HÜQUQŞÜNAS
Minimum əməkhaqqı ilə yaşayış xərcləri arasında tam uyğunluq yoxdur - İQTİSADÇI
Tələbə kreditinin borcu hansı halda silinir? – AÇIQLAMA
Azərbaycan-Türkiyə dostluğuna kölgə salmaq istəyənlər var – DEPUTAT












