Qurban bayramına görə bu işçilərə əlavə pul veriləcək? - AÇIQLAMA

Qurban bayramı ərəfəsində bir çox işçiləri düşündürən əsas məsələlərdən biri də müəssisələr tərəfindən əlavə bayram ödənişlərinin verilib-verilməyəcəyidi. Bəzi şirkətlər əməkdaşlarını bayram münasibətilə mükafatlandırsa da, digərlərində belə bir praktika tətbiq olunmur.
Maraqlıdır, işçilərə bayram bonusu və ya maddi yardımın verilməsi qanunla məcburidirmi, yoxsa bu, yalnız rəhbərliyin qərarından asılıdır?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Konkret.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, qanunvericilikdə müəssisələrin işçilərə əlavə bayram ödənişi etməsinə imkan verən müddəalar mövcuddur:
“Qanunda nəzərdə tutulub ki, bu, müəssisə rəhbərliyinin qərarı əsasında həyata keçirilə bilər. Dövlət müəssisələrində və büdcə təşkilatlarında məsələ fərqli tənzimlənir. Çünki onlar büdcədən asılıdırlar. Özəl sektorda isə tamamilə rəhbərliyin qərarından asılıdır. Bir çox şirkətlərdə belə bir prosedur nəzərdə tutulub. Bayram payı verilir, əlavə ödənişlər olunur. Amma bu, bütün iş yerlərinə aid deyil və məcburi xarakter daşımır”.
Natiq Cəfərli qeyd edib ki, işçilər bu ödənişlərin verilməməsi ilə bağlı hüquqi tələb irəli sürə bilməzlər. Çünki bu, qanunda sərt tələb kimi göstərilmir və müəssisə rəhbərliyinin qərarına bağlı məsələdir.
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza












