Xəzər geri çəkilir, təhlükə artır: Çimərliklərlə bağlı ciddi xəbərdarlıq

Xəzər dənizində su səviyyəsinin enməsi nəticəsində sahil xəttinin dəyişməsi və küləkli hava şəraitində yaranan güclü əks-axınlar çimərliklərdə təhlükəni artırır. Mütəxəssislər xüsusilə çimərlik üçün nəzərdə tutulmayan ərazilərdə dənizə girməyin ciddi risk daşıdığını bildirirlər.
Avtosfer.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Xəzər dənizinin coğrafiyası laboratoriyasının müdiri coğrafiya elmləri doktoru Səid Səfərov AZƏRTAC-a açıqlamasında bildirib ki, son illər Xəzər dənizində su səviyyəsinin enməsi sahilboyu ərazilərdə yeni təhlükəli sahələrin yaranmasına səbəb olub. Sahil xəttinin geri çəkilməsi nəticəsində əvvəllər su altında qalan ərazilər üzə çıxıb və xüsusilə rəsmi çimərlik olmayan yerlərdə gözlənilməz dərinliklər, mürəkkəb sualtı relyef və güclü əks-axınlar insanların həyatı üçün ciddi risk yaradır.
S.Səfərov qeyd edib ki, boğulma halları yalnız icazəsiz çimərliklərdə deyil, rəsmi çimərliklərdə də baş verə bilər. Bunun səbəbləri arasında şəxsi məsuliyyətsizlik, spirtli içki qəbulu və qəfil sağlamlıq problemləri də yer alır.
Onun sözlərinə görə, küləkli hava şəraitində yaranan güclü əks-axınlar ən böyük təhlükələrdən biridir. Küləyin təsiri ilə sahilə gətirilən su müəyyən relyef formalarında toplanır və daha sonra dar zolaq boyunca böyük sürətlə dənizə doğru geri çəkilir. İnsan bunu əvvəlcədən hiss etmədiyi üçün axına qarşı üzməyə çalışır, qısa müddətdə gücdən düşür və boğulma təhlükəsi ilə üzləşir.
S.Səfərov diqqətə çatdırıb ki, bəzi hallarda dəniz dibindən qum və digər çöküntülərin çıxarılması nəticəsində yaranan dərin boşluqlar da təhlükə mənbəyinə çevrilə bilər: “Belə ərazilərdə çimən şəxs irəliləyərkən qəfil dərinliyə düşə bilər. Bu vəziyyət xüsusilə üzməyi bacarmayan insanlar üçün böyük risk yaradır. Hətta yaxşı üzən şəxslər də gözlənilməz dərinliklə qarşılaşdıqda çaşqınlıq keçirə bilərlər”.
Coğrafiyaşünas-alim vətəndaşları xüsusilə küləkli günlərdə dənizə girməməyə çağıraraq bildirib ki, son günlər müşahidə olunan hava şəraiti çimərliklərdə təhlükə riskini əhəmiyyətli dərəcədə artırır.
“İmkan daxilində küləkli havalarda dənizdə çimməmək lazımdır. Baş verən boğulma hadisələri hər kəs üçün ciddi xəbərdarlıq olmalıdır. Küləkli hava şəraitində dənizə girmək həyati təhlükə yaradır”, – deyə alim əlavə edib.
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ
Bu qaydanı pozanlar cərimələnəcək – 250 manatlıq cəza












