Xəzərdə suyun səviyyəsinin azalması kritik həddədir? – EKOLOQ AÇIQLADI

Xəzər dənizi dünyanın ən böyük qapalı su hövzəsidir və həm təbii sərvətləri, həm də zəngin biomüxtəlifliyi ilə böyük əhəmiyyət daşıyır. Bu dəniz ətrafında yerləşən ölkələr üçün iqtisadi, ekoloji və sosial baxımdan mühüm rol oynayır. Son illərdə isə onun su səviyyəsində müşahidə olunan dəyişikliklər həm alimlərin, həm də ictimaiyyətin diqqət mərkəzinə çevrilib.
Xəzər dənizi yalnız coğrafi obyekt deyil, həm də mürəkkəb ekosistemdir. Enerji ehtiyatları və nəqliyyat imkanları baxımından da strateji əhəmiyyət kəsb edir. Bu mövzu ətrafında aparılan müzakirələr dənizin gələcəyi, onun qorunması və davamlı istifadəsi ilə bağlı suallar doğurur. Xəzər dənizində baş verən dəyişikliklər təkcə bir ölkəni deyil, bütün regionu əhatə edən ümumi bir məsələ kimi qiymətləndirilir.
Məsələ ilə bağlı ilə ekoloq Qorxmaz İbrahimli Avtosfer.az-a açıqlamasında bildirib ki, Xəzər dənizində su səviyyəsinin azalması ilə bağlı uzun illərin müşahidəsi və praktika göstərir ki, dənizin səviyyəsi son 100 ildə bir neçə dəfə enib və qalxıb, yəni artım və azalma halları təbii proses kimi baş verib. Bu baxımdan, burada sensasion bir hal yoxdur:

“Digər tərəfdən, hökumət hazırda yeni bir layihə üzərində işləyir. Bu layihə Xəzər suyunun şirinləşdirilməsi ilə bağlıdır. Yəni dənizin su səviyyəsi o qədər aşağı düşmür ki, onu şirinləşdirərək təsərrüfatda və ya içməli su kimi istifadə etmək mümkün olmasın. Bu baxımdan Xəzər suyundan həm vətəndaşlar, həm də dövlət tərəfindən istifadə edilməsi planlaşdırılır. Əgər su səviyyəsi kəskin şəkildə azalsaydı, belə bir layihə gündəmdə olmazdı. Xəzər dənizinin su səviyyəsi, əlbəttə, iqlim dəyişikliklərinin təsiri ilə dəyişir. Bu dəyişikliklər birdən-birə deyil, yüzillər və minillər boyu Yer kürəsində gedən proseslərin nəticəsidir. Lakin son 200 ildə sənayeləşmə, müharibələr və atmosferdə karbon qazının artması qlobal istiləşməyə səbəb olub. Temperatur yüksəldikcə səhralaşma və buxarlanma artır, nəticədə, Xəzər dənizində də su itkisi baş verir. Eyni zamanda, dənizi qidalandıran əsas çaylardan biri olan Volqa çayı ümumi suyun təxminən 80 faizini təmin edir. Bu çay üzərində bəndlərin tikilməsi və suyun təsərrüfata yönəldilməsi dənizə axını azaldır. Digər mühüm mənbə olan Kür çayı isə iqlim dəyişiklikləri səbəbindən daha az su ilə Xəzərə çatır. Eyni hal digər çaylar üçün də keçərlidir. Nəticədə dənizin çaylar vasitəsilə qidalanması azalır. Bundan əlavə, yağıntıların qeyri-müntəzəm düşməsi və buxarlanmanın sürətlənməsi də su səviyyəsinin azalmasına təsir edir. Hazırda isə müəyyən məlumatlara görə bu azalma prosesi zəifləyib və səviyyədə yenidən artım müşahidə oluna bilər. Bunun nə qədər davam edəcəyi isə hələ dəqiq məlum deyil. Ümumilikdə, əsas ekoloji səbəblər qlobal iqlim dəyişiklikləri ilə yanaşı, insan fəaliyyətidir. Kənd təsərrüfatının və sənayenin inkişafı, həmçinin dənizə axıdılan çirkli sular ekosistemə mənfi təsir göstərir. Bu problemlərin qarşısını almaq üçün ilk növbədə insanların ətraf mühitə münasibəti dəyişməli, ekoloji mədəniyyət və maarifləndirmə səviyyəsi yüksəlməlidir. Gələcəkdə dəniz səviyyəsinin daha da azalması ciddi fəsadlara səbəb ola bilər. Səhralaşma nəticəsində dənizin dibindən üzə çıxan qumlar və zərərli maddələr insan sağlamlığına mənfi təsir göstərə bilər. Buna görə də insanlar bu riskləri nəzərə almalı və Xəzər dənizinin qorunması üçün daha məsuliyyətli davranmalıdırlar”.
Nurcan Babək
Bakıda yerüstü metro stansiyasının relsləri çəkilir - FOTOLAR
Alimlərdən qorxudan XƏBƏRDARLIQ: Dəhşətli istilər qapıda
Kölgədən şəffaflığa - Vergi güzəştləri restoran sektorunu necə dəyişəcək?
Bakı kartın qiyməti bahalaşdı: Metro və avtobusda gedişhaqqı artacaq?
Elektromobilə minərkən sizin də ürəyiniz bulanır? - Səbəb görün nə imiş
Bakıda obyekt səkini zəbt etdi - Piyadalar təhlükədə - VİDEO
"Avtobus kəndin içinə girə bilmir" - Sakinlərin yol dərdi - VİDEO
Lazaya leysan yağdı; avtomobil yoluna ciddi ziyan dəydi - FOTOLAR - VİDEO
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ
Torpaq Məcəlləsində dəyişiklik; Dövlət torpaqları xüsusi mülkiyyətlə dəyişdirilə bilər? - AÇIQLAMA
Baş nazirdən DTX-yə aid qanunla bağlı DƏYİŞİKLİK










