Xəzərdəki ardıcıl zəlzələlər batma təhlükəsi yaradırmı? - AÇIQLAMA

Son günlər Xəzər dənizində ardıcıl zəlzələlərin sayı artıb. Ard-arda baş verən bu təkanların dənizdə hansı dəyişikliklərə səbəb ola biləcəyi müzakirə mövzusuna çevrilib. Xüsusilə, zəlzələlərin dəniz mühitinə, sualtı proseslərə təsiri, həmçinin dənizdə insanların batma riskinin artacağı ciddi narahatlıq doğuran məsələlərdəndir.
Gənc qadın sürücü ağır yol qəzasına səbəb oldu – 1 ölü, 1 yaralı - VİDEO
Bəs görəsən zəlzələlər dəniz dibinin strukturuna necə təsir göstərir, batma riskinin artması real görünürmü?
Avtosfer.az xəbər verir ki, Xəzər dənizində hər zaman aşağı maqnitudalı zəlzələlərin qeydə alındığını deyən Coğrafiya İnstitutunun şöbə müdiri, ekoloq Ənvər Əliyev Teleqraf-a açıqlamasında zəlzələnin dəniz mühitinə təsirlərini belə izah edib.
“Dünyanın üç seysmik zonasından biri bizim ərazidən keçir. Burada zəlzələlərin baş verməsi təbii haldır. Ona görə də bununla əlaqəli böyük təşviş yaratmağa ehtiyac yoxdur. Bu proseslərin dənizdə batma təhlükəsi yaratması barədə fikirlər isə düzgün deyil”.
O qeyd edib ki, Yer qabığında çatlar yarandıqda palçıq vulkanları püskürür və müəyyən qazlar ayrılır.
"Suda oksigenin azalması bəzi hallarda canlılara mənfi təsir göstərə bilər. Bu zaman heyvanlar, xüsusilə suitilər və balıqlar oksigen çatışmazlığı ilə üzləşə bilər. Palçıq vulkanlarının fəaliyyəti nəticəsində bəzən dənizdə xırda adalar da əmələ gəlir. Ümumilikdə, dənizdə batma ehtimalı çox aşağı qiymətləndirilir. Dənizdə yaranan çatlar sonradan su ilə dolur, dənizin dibindən qaz çıxışı halları da müşahidə olunur. Bu təsirlər əsasən canlı aləmə yönəlir və palçıq vulkanları şəklində üzə çıxır. Bəzi qazlar, xüsusilə metan qazı alışaraq müəyyən problemlər yarada bilər”.
Bəzi ərazilərdə suitilərin və balıqların kütləvi toplanması zamanı palçıq vulkanlarından çıxan, oksigenlə zəif təmin olunmuş yeraltı qazların təsiri nəticəsində problemlər yarana bilər.
“2023-cü ilin payızında Dağıstan sahillərində minlərlə suitinin kütləvi şəkildə məhv olması da bu cür ehtimallarla əlaqələndirilmişdi. Hətta onların mədələrinin qidanı həzm edə bilmədiyi müşahidə olunmuşdu".
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












