2019-cu ildə yeddi Formula 1 festivalı keçiriləcək

Keçən il Londonda təşkil edilmiş F1 Live şousunun uğurundan sonra "Liberty Media”da buna oxşar daha bir neçə hadisə olub. Bu il Şanxayda, Marseldə və Milanda oxşar festivallar uğurla keçirilib. Qarşıda daha bir yürüş şousu gözlənilir. Bu, Mayamidə olacaq. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, 2019-cu ildə Qran-Pri ərəfəsində düz yeddi festival keçirilməsi planlaşdırılır. Formula 1-in kommersiya direktoru Şoin Bratçes deyib: "Bu il biz dörd festival keçirmişik, gələn il isə ən azı yeddi festival keçirməyi planlaşdırırıq. Düşünürəm ki, gələcəkdə onların sayı daha çox olacaq. Bizim sponsorlarımızın, tərəfdaşlarımızın və yürüş promouterlərin mənafeyi naminə, azarkeşləri cəlb etmək üçün yetişmiş bazarların tədqiq olunmasına xeyli vaxt sərf etmişik. Məncə, belə festivallar idmanın bu növünün əfsanəvi gözəlliyini tamaşaçıya çatdırmağın ən yaxşı üsuludur. Belə festivallarda insanlar Formula 1 maşınlarını öz şəhərində görmək imkanı qazanırlar”.
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












