Arif Rəhimov: "Formula 1" şirkəti ilə müqaviləyə xitam verməyə hazırlaşmırıq"

“Mayami “Formula 1” üzrə dünya çempionatının təqvimində Bakını əvəzləməyəcək”. “Report” xəbər verir ki, bunu “Formula 1” üzrə Azərbaycan Qran Prisinin promouteri Arif Rəhimov deyib. O, bildirib ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) yarışın təşkilatçısı ilə 2020-ci ilə qədər müqaviləsi var: “Bu sözləşməni yalnız qarşılıqlı razılaşma əsasında xitam vermək olar. Lakin bunu etməyə hazırlaşmırıq. Bundan əlavə, “Liberty” şirkətinin bizim Qran Pran Prini istəməməsinə dair heç bir əlamət görmürəm. Yeni təqvim açıqlanandan sonra şayiələrə son qoyulacaq”. Müqavilə müddətinin 2025-ci ilədək uzadılması ilə bağlı hələ qərar vermədiklərini deyən A.Rəhimov bildirib ki, daha yaxşı şərtlərin təklif olunmasını gözləyirlər: “Sözləşmənin uzadılması ilə bağlı qərarı iyunun sonunda verməliyik. Lakin biz son müddəti danışıqların aparılması üçün təxirə sala bilərik. İstənilən halda, iyunun axırında məsələni həll etməyə çalışacağıq. Düşünürəm ki, razılaşacağıq”. Qeyd edək ki, 2019-cu ildə “Formula 1” üzrə Azərbaycan Qran Prisinin 26 – 28 apreldə keçiriləcəyi gözlənilir.
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












