“Aston Martin” Formula 1 üçün mühərriklər istehsal etməyəcək

“Aston Martin” şirkəti Formula 1 üçün mühərriklər istehsal etmək planından imtina edib. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə şirkətin icraçı direktoru Endi Palmer məlumat verib. “Aston Martin” bu qərarından əvvəl Kral yürüşləri üçün mühərriklərin istehsalı imkanlarını nəzərdən keçirirdi. “Liberty Media”nın sahibi də mühərriklərdə olacaq əsaslı dəyişikliklər barədə məlumat vermişdi. Bununla belə, 2021-ci ildən etibarən Formula 1 bolidləri üçün daha gurultulu və sadələşdirilmiş mühərriklərin hazırlanması planı boşa çıxıb. “Aston Martin” şirkətinin icraçı direktoru Endi Palmer “Reuters” agentliyinə müsahibəsində bildirib: “Formula 1 yarışlarının reqlamentinin dəyişəcəyi məlum olduğunda, biz öz mühərrikimizi hazırlamaq qərarına gəldik. Lakin “Liberty Media” öz fikrini xeyli dəyişdi və bu səbəbdən planımızı ləğv etdik”. Palmer, həmçinin “Aston Martin”in titullu sponsoru olduğu “Red Bull” komandasının “Renault” mühərrikindən “Honda”ya keçməsi məsələsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, “Red Bull” qərarları sərbəst şəkildə verir, şirkət isə onları qeyd-şərtsiz olaraq dəstəkləyir.
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












