Bakı-Xankəndi Azərbaycan velosiped yarışının üçüncü mərhələsinin qaliblərinə mükafat verildi - FOTO - YENİLƏNİB

Bakı-Xankəndi Azərbaycan velosiped yarışının üçüncü mərhələsinin medalçıları mükafatlandırılıblar.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, tədbirdə Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti, turnirin Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov iştirak ediblər.
Qazaxıstanın "Astana" komandasının rusiyalı üzvü Qleb Suritsaya qızıl, belçikalı Dyupon Timotiyə ("Tarteletto-Isorex") gümüş, ekvadorlu Pita Kristian Davidə ("Roojai Insurance Winspace") bürünc medal təqdim olunub.
***
Bakı-Xankəndi Azərbaycan velosiped yarışının üçüncü mərhələsi bu gün başlayır.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, üçüncü mərhələ 162,9 kilometr məsafəni əhatə edəcək.
Qəbələdə start götürəcək tur Mingəçevirdə yekunlaşacaq.
İlk mərhələdə finişə Çinin "Li-Ninq Star" komandasının belaruslu üzvü Aleksey Şnirko birinci çatıb. Ötən gün "Astana"nın qazaxıstanlı velosipedçisi Yevgeni Fyodorov növbəti raundun qalibi olub.
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparır. Beş mərhələdən ibarət olan yarışın mükafat fondu 50 000 avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq.
Turnirin son mərhələsi isə Xankəndi şəhərində baş tutacaq.

"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB












