Bakıda keçiriləcək növbəti Formula 1 ilə bağlı planlar AÇIQLANDI

Gələn ilin aprel ayında Bakıda keçirilməsi nəzərdə tutulan Formula 1 Qran Prisi ilə bağlı planlar açıqlanıb. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, Bakı Şəhər Halqasının marketinq və kommunikasıya şöbəsinin müdiri Nigar Arpadarai bildirib ki, Formula 1-ə maraq hər il 30 faizə qədər artır və həm yerli sakinlər, həm xarici qonaqlar yarışmaya daha böyük maraq göstərirlər. N.Arpadarai deyib ki, bu il yarışmaya bilet satışına daha tez, yəni oktyabrın axırları start verilməsi nəzərdə tutulur: "Bu dəfə də bilet satışı Azərbaycan vətəndaşları üçün endirim kampaniyası ilə başlayacaq. Biletlərin tez satışına başlanılması onunla bağlıdır ki, xaricilər planlarını əvvəldən qururlar". Şöbə müdiri yarışların 5 il tamam olduqdan sonra uzadılması məsələsinə də toxunub: "Yarışların uzadılması ilə bağlı danışıqlar gedir, ancaq neçə il uzadılacağı hələlik məlum deyil". Şöbə müdiri əlavə edib ki, noyabr ayından yarışla bağlı tikinti işlərinə start veriləcək.
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












