Fernando Alonso: "Maksimum xal toplamaq üçün əlimizdən gələni edəcəyik”

“Bakıdakı ötənilki yarış bizim üçün unudulmaz oldu. Bu, dəlisov bir Qran-pri idi”. “Report”un məlumatına görə, bunu “McLaren” pilotu Fernando Alonso “Formula-1”in rəsmi saytına Azərbaycan Qran-prisi haqqında danışarkən deyib. 37 yaşlı ispaniyalı sürücü bildirib ki, Azərbaycan Qran-prisi “Formula-1” təqvimində yeni olsa da, Bakı Şəhər Halqası pilotlar arasında əla trek kimi tanınır: “Bu, ilin ən sürətli və uzun şəhər trekidir. Ona görə də maşınlar və pilotlar üçün çətindir. Amma bu, yarışın tərkib hissəsidir. Bakıdakı çıxışımızda radikal dəyişiklik gözləmirik. Buna rəğmən, hər yarışda bolidimiz barədə nəsə öyrənirik. Azərbaycan Qran-prisində maksimum xal toplamaq üçün əlimizdən gələni edəcəyik”. Alonso 2016-cı ildə Azərbaycanda keçirilən Avropa Qran-prisinin səfiri olub. 2005 və 2006-cı illərdə dünya çempionu olmuş pilot ötən il Bakı mərhələsini 9-cu yerdə başa vurub. Qeyd edək ki, “Formula-1” üzrə Azərbaycan Qran-prisi aprelin 27–29-da keçiriləcək.
Minik avtomobilləri bu yolda maksimum hansı sürətlə hərəkət edə bilər? - DOĞRU CAVAB
"Bəzi sürücülər, avtomobil sahibləri bundan istifadə edirlər" - Elməddin Muradlı
Minik avtomobilləri bu yolda maksimum hansı sürətlə hərəkət edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü yanacaqdoldurma məntəqəsinə hansı trayektoriya ilə daxil ola bilər? - DOĞRU CAVAB
"Formula-1" tarixində ən varlı beş pilot açıqlandı
Sürücü yanacaqdoldurma məntəqəsinə hansı trayektoriya ilə daxil ola bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB
"Formula-1": 2026-cı ildə Bakıda keçiriləcək yarışın biletləri satışa çıxarıldı
Antiterror şəhidlərinin xatirəsinə həsr olununan cüdo çempionatı keçirilib - FOTOLAR - VİDEO











