“Formula-1” başqa çempionatla birləşdirilə bilər

Gələcəkdə “Formula-1” və “Formula-E” çempionatları vahid seriyada birləşə bilər. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bunu 2016-cı ilin “Formula-1” çempionu Niko Rosberq bildirib: “Ola bilər ki, bu iki çempionat birləşəcəyi üçün biz “Formula-E” yarışlarının “Formula-1”dən məşhur olacağını görməyək. “Formula-1”in elektrik mühərriki ilə işləyən maşınlara üstünlük verdiyi zaman gəldiyində, sadəcə, hər iki seriyanın birləşməsi baş verəcək. “Formula-1” üçün elektrik mühərriklərinə keçid mühüm və mürəkkəb addım olacaq. Dünyada ekologiya ilə bağlı ciddi problemlər mövcuddur və müvafiq tədbirlər görülməlidir. Əgər bütün dünyada elektromobillərin satışına başlanarsa, onda “Formula-1” üçün daxili yanma mühərriklərindən istifadənin heç bir anlamı qalmayacaq. Unutmaq olmaz ki, hər iki seriyanın bir sahibi var. Bu, Con Maloundur”. Qeyd edək ki, Niko Rosberq 2016-cı ildə “Formula-1”də çempion olduqdan sonra karyerasını başa vurub. O, bundan sonra “Formula-E” çempionatına investisiya qoymağa başlayıb. Hazırda sözügedən çempionatın maliyyə dəyəri 750 milyon avrodur.
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












