Formula 1 ilə əlaqədar nəqliyyatın hərəkəti üçün xüsusi vəsiqələr aprelin 12-dən 23-dək veriləcək

"Formula 1" 2018-ci il Azərbaycan Qran Prisi zamanı Bakıda nəqliyyatın qadağan olunacağı ərazilər 3 zonaya ayrılacaq. Bu barədə Avtosfer.az-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib. Birinci zonaya trekin əhatə etdiyi içəri şəhər, ikinci zonaya "Azadlıq" meydanı və onun yaxınlığında yerləşən digər ərazilər aiddir. Üçüncü zona isə BMT-nin 50 illiyi küçəsini əhatə edir. Bildirilib ki, əlaqədar qurumlar tərəfindən bu zonada yaşayan sakinlərə, kirayəşinlərə və işgüzar fəaliyyətlə məşğul olanlara giriş üçün icazə sənədi təqdim olunacaq. İcazə sənədi yol məhdudiyyətləri tətbiq edilən müddətdə - 23 aprel - 1 mayda etibarlı olacaq. İcazə sənədini aprelin 12-dən 23-dək İçərişəhər Dövlət Tarix-Memarlıq İdarəsi, 4 saylı Mənzil Kommunal İstismar İdarəsi və 58 saylı Mənzil Kommunal İstismar Sahəsindən əldə etmək olacaq.
Qeyd edək ki, Azərbaycan Qran Prisi aprelin 27-dən 29-dək keçiriləcək.
Emin
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












