Formula 1 mövsümünün son mərhələsi Əbu-Dabidə keçirilir

Bu gün Formula 1 avtomobil yarışları üzrə 2018-ci il dünya çempionatının 21-ci yekun mərhələsinə – Əbu-Dabi Qran-Prisinə start verilir. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, çempionatda əsas mübarizə artıq başa çatıb: Britaniyalı pilot Lyuis Hemilton karyerasında beşinci dəfə çempion titulunu qazanıb, “Mersedes” komandası isə Konstruktorlar Kubokunun beşqat qalibi olub. Üçüncü yer uğrunda mübarizədə “Ferrari” komandasından finlandiyalı Kimi Raykkonen öz həmvətəni Valtteri Bottası (“Mersedes”) və hollandiyalı Maks Ferstappeni (“Red Bull”) müvafiq olaraq 14 və 17 xal qabaqlayır. Bu mərhələ ikiqat dünya çempionu, ispaniyalı Fernando Alonso üçün əlamətdar olacaq. O, yarışlardan sonra Formula 1 karyerasını tamamlayır.
Əbu-Dabi mərhələsi Formula 1 təqviminə doqquz il əvvəl daxil edilib. Onun başlıca xüsusiyyəti yarışların gecə ilə gündüzün əvəz olunması vaxtı keçirilməsidir. Pilotlar qaranlıq düşməmiş trasa çıxır və yürüşü projektor işığı altında başa vururlar. Burada keçirilən yarışlarda hərəyə üç dəfə alman Sebastyan Fettel və britaniyalı Lyuis Hemilton, bir dəfə finlandiyalılar Kimi Raykkonen və Valtteri Bottas, həmçinin çempion titulunu qazandıqdan sonra karyerasını başa vuran alman Niko Rosberq qalib gəliblər.
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












