“Formula 1” üzrə Azərbaycan Qran Prisi mövsümün ikinci ən yaxşı yarışı seçilib

“Formula 1” üzrə Azərbaycan Qran Prisi 2018-ci il dünya çempionatının ikinci ən yaxşı yarışı seçilib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, “Formula 1”in rəsmi saytı vasitəsilə aparılan və 16 mindən çox azarkeşin iştirak etdiyi sorğuda Bakı Şəhər Halqasının təşkil etdiyi mərhələ səslərin 13 faizini toplayıb. Birinci yeri isə 30 faiz səslə ABŞ Qran Prisi tutub.
Böyük Britaniya Qran Prisi üçüncü (9 faiz), Almaniya Qran Prisi dördüncü (8 faiz), Avstriya Qran Prisi (6 faiz) isə beşinci yeri tutub.
2018-ci il Azərbaycan Qran Prisində Almaniyanın “Mercedes” komandasının pilotu Lüis Hemilton birinci finiş edib. Britaniyalı sürücü yekunda mövsümün də qalibi olub.
Qeyd edək ki, 21 mərhələdən ibarət “Formula 1” üzrə 2019-ci il dünya çempionatı Avstraliyada “Albert Park” trasında başlayacaq və martın 15-17-də olacaq. Təqvimdə dördüncü sırada yer alan Azərbaycan Qran Prisi aprelin 26-28-də baş tutacaq.
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












