"Formula-1" üzrə Azərbaycan Qran-prisində ikinci gün başlayır

"Formula-1" üzrə Azərbaycan Qran-prisində ikinci gün başlayır.
Avtosfer.az xəbər verir ki, bu gün Bakıda üç sessiyanın keçirilməsi nəzərdə tutulub.
Əvvəlcə saat 12:00-da "Formula-1" kateqoriyasında sonuncu sərbəst yürüş baş tutacaq. Daha sonra saat 14:15-də "Formula-2" kateqoriyasında sprint (qısa) yarış və sonda, saat 16:00-da "Formula-1" kateqoriyasında sıralanma turu başlayacaq.
Xatırladaq ki, "Formula-1" üzrə Azərbaycan Qran-prisi dünən başlayıb və sabah, sentyabrın 21-də əsas yarışla başa çatacaq.
Qeyd edək ki, Azərbaycan 2016-cı ildən dünyanın ən nüfuzlu avtoidman yarışına ev sahibliyi edir. Ölkəmizdə təşkil olunan ilk "Formula-1" yarışı Avropa Qran-prisi adlandırılıb. Həmin yarışda almaniyalı Niko Rosberq birinci olub. Növbəti illərdə müvafiq olaraq Daniel Rikkardo (Avstraliya), Lyuis Hemilton (Böyük Britaniya), Valtteri Bottas (Finlandiya), Serxio Peres (iki dəfə, Meksika), Maks Ferstappen (Niderland) və Oskar Piastri (Avstraliya) bütün rəqiblərini qabaqlayaraq podiumun ən yüksək pilləsinə qalxıblar. Yalnız 2020-ci ildə Azərbaycan Qran-prisi koronavirus pandemiyası səbəbindən keçirilməyib.
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB












