Hartli karyerasını “Porsche” komandasında davam etdirə bilər

“Toro Rosso” komandasının keçmiş pilotu, cari mövsümün yekunlarına əsasən Formula E-də yerini itirmiş Brendon Hartli gələcəkdə “Böyük prizlər”ə qayıtmaq niyyətində olduğunu bildirib. Bununla bərabər, 2020-ci ilə qədər yeni zelandiyalı pilotun Formula 1-ə qayıtmaq imkanı yaranacağına güman azdır. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, Hartli bunu nəzərə alaraq yaxın gələcəkdə öz karyerasını davam etdirmək üçün variantlar seçməyə başlayıb. Məsələn, “Porsche” şirkəti ilə Hartlinin danışıqlarında ciddi irəliləyiş olub. Hartli əvvəllər WEC çempionatında bu şirkətin idman şərəfini qoruyub. “Nextgen-Auto” saytının məlumatına görə, Hartli 2019/2020-ci illər mövsümünü Formula E-də “Porsche” ilə keçirə bilər. Almaniyalı istehsalçısı üçün bu mövsüm elektrik avtomobilləri seriyasında debüt olacaq. Belə bir məlumat da yayılıb ki, yeni zelandiyalı idmançı öz karyerasını ona artıq tanış olan WEC seriyasında “IndyCar” komandasında davam etdirməyin mümkün variantlarını nəzərdən keçirir.
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












