İspan portalı Alonsonu ən yaxşı Formula 1 pilotu hesab edir

İspaniyada “20minutos” portalının oxucuları ispan pilot Fernando Alonsonu Formula 1 tarixinin ən yaxşı pilotu hesab edir. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, bu ilin sonunda karyerasını başa vuracaq ispan yürüşçüyə portal istifadəçilərinin 31,74 faizi (4843 sorğu iştirakçısından 1537-ci) səs verib. Əfsanəvi alman pilot Mixael Şumaxer ondan 100 səs geridə qalıb. Formula 1 tarixinin ən titullu yürüşçüsü olan alman idmançı oxucuların 30,46 faizinin səsini toplayıb. Sorğuda iştirak edənlər üçüncü yerə 19,93 faiz səslə braziliyalı pilot Ayrton Sennanı layiq görüblər. Formula 1 dünya çempionatının üçqat qalibinin topladığı səslər onun avtomobil idmanındakı xidmətlərindən daha çox, onun xatirəsinə göstərilən ehtiramla bağlıdır. Ayrton Senna 1994-cü ildə San-Marino Qran-Prisi zamanı İmolada keçirdiyi qəza nəticəsində həlak olub.
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












