Prezident Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədrini təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviçə təbrik məktubu ünvanlayıb.
Avtosfer.az president.az-a istinadən bildirir ki, məktubda deyilir:
"Hörmətli xanım Sədr, Bosniya və Herseqovinanın milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
Azərbaycan ilə Bosniya və Herseqovina arasında dostluq və əməkdaşlıq əlaqələrinin səviyyəsi məmnunluq doğurur.
Bakıda keçirilən COP29 çərçivəsində Sizinlə görüşümü xoş təəssüratlarla xatırlayıram.
İnanıram ki, dövlətlərarası əlaqələrimizin daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Bosniya və Herseqovina xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".
Polis əməkdaşları arasında əlbəyaxa döyüş üzrə çempionat keçirilib - FOTOLAR
Hansı sürücü sağa düzgün manevr edir? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü göstərilmiş hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB
Sürücü göstərilmiş hansı istiqamətlərə hərəkət edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü hansı trayektoriya ilə sola dönə bilər? - DOĞRU CAVAB
Sürücü hansı trayektoriya ilə sola dönə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN
İkitərəfli yolda dayanmış hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
İkitərəfli yolda dayanmış hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
ABŞ-İran qarşıdurması Formula-1 yarışlarına da təsir etdi
Bu yolda hansı sürücü qaydaları pozmur? - DOĞRU CAVAB
Bu yolda hansı sürücü qaydaları pozmur? - CAVAB VER, HƏDİYYƏ QAZAN










