Sebastyan Fettel Kanada Qran Prisinin qalibi olub

"Formula 1" üzrə Kanada Qran Prisinə yekun vurulub. "Report"un məlumatına görə, qalib adını "Ferrari"nin almaniyalı pilotu Sebastyan Fettel qazanıb. O, finişə 1 saat 28 dəqiqə 31,377 saniyəyə çatıb. İkinci yeri ondan 7,376 saniyə geri qalan "Mercedes"in finlandiyalı pilotu Valtteri Bottas tutub. Üçüncü pillə isə "Red Bull"un hollandiyalı pilotu Maks Ferstappenə qismət olub. Ferstappen 1 saat 28 dəqiqə 39,737 saniyə nəticə göstərib. Ümumilikdə 20 iştirakçıdan 17-si finişə çata bilib.
7 mərhələdən sonra Fettel 121 xalla 1-ci, "Mercedes"in böyük britaniyalı pilotu Lüis Hemilton 120 xalla ikinci, Bottas isə 86 xalla 3-cüdür.
Avtomobillərin mübarizəsində ilk 3 yerdə "Mercedes" (206 xal), "Ferrari" (189 xal) və "Red Bull" (134 xal) qərarlaşıb.
Qeyd edək ki, növbəti Qran Pri 22 - 24 iyunda Fransada keçiriləcək.
Hansı sürücü dayanma-durma qaydasını pozur? - DOĞRU CAVAB
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN












