Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - DOĞRU CAVAB

Avtosfer.az saytı yol nişanları ilə bağlı yeni sualı təqdim edir.
Sürücü burada hansı istiqamətə hərəkət edə bilər?
1) Yalnız düzünə
2) Düzünə və sağa
3) Yalnız sağa
4) Düzünə, sağa və sola
Doğru cavab: 1) Yalnız düzünə
İzah: Təqdim etdiyimiz fotoda sağda düzünə və sağa hərəkəti bildirən daimi yol nişanı, yolun mərkəzində isə yalnız düzünə hərəkəti bildirən müvəqqəti yol nişanı quraşdırılıb. "Yol hərəkəti haqqında" qanunun 61-ci maddəsinə əsasən, müvəqqəti yol nişanlarının tələbləri ilə daimi yol nişanlarının, nişanlama xətlərinin və digər texniki vasitələrin tələbləri arasında ziddiyyət və ya uyğunsuzluq olarsa, müvəqqəti yol nişanlarına üstünlük verilməlidir.
Qanunvericiliyin bu tələbinə görə, sürücü
yalnız düzünə hərəkət etməlidir.
Sualın ilk düzgün cavabını verən Araz adlı oxucumuz “VQ LUBE” yağları tərəfindən yağdəyişmə və yağ filtri kuponu qazandı.
Oxucumuzu Avtosfer.az saytı adından təbrik edirik!
Hədiyyəni əldə etmək üçün 055-491-36-86 nömrəsi ilə əlaqə saxlamağınız tövsiyə olunur.
"Formula-2" yarışından sonra çempionatda LİDER DƏYİŞDİ, qalib mükafatlandırıldı - FOTO - YENİLƏNİB
Hansı sürücü dayanma-durma qaydasını pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
"Formula 2": İki pilot Bakıdakı sərbəst yürüşsə mübarizəni dayandırıb - FOTO
CLEAR brendi Oracle Red Bull Racing ilə qlobal tərəfdaşlığını elan edir - FOTO
Bu gün Bakıda "Formula 1" başlayır
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - DOĞRU CAVAB
Sabahdan başlayır, bu ərazilərə getməyin! - XƏBƏRDARLIQ
Hərəkətdə olan hansı sürücü qaydanı pozur? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Hansı sürücü sağa düzgün dönür? - DOĞRU CAVAB
Hansı sürücü sağa düzgün dönür? - CAVAB VER, HƏDİYYƏ QAZAN
Sürücü bu yolayrıcında hansı istiqamətlərə hərəkət edə bilər? - CAVAB VER, HƏDİYYƏ QAZAN












